Səfir Litzenberger Gələcək Liderlər Mübadilə Proqramının (FLEX) məktəbliləri salamladı
Səfir Litzenberger Gələcək Liderlər Mübadilə Proqramı (FLEX) çərçivəsində ABŞ-ın müxtəlif ştatlarındakı orta məktəblərdə bir il təhsil almaq imkanını qazanan məktəbliləri salamlamaqdan məmnun qaldı. Səfir Litzenberger 20 nəfər iştirakçıdan xahiş etdi ki, amerikalılara Azərbaycan mədəniyyəti və ənənələri haqqında danışsınlar və geri döndükdən, yəni bir il sonra həmyerlilərinə Amerika mədəniyyətini və dəyərlərini izah etsinlər. FLEX tələbələrinə yaxşı yol arzu edirik!