Flag

An official website of the United States government

Səfir Litzenberger “Qadınları Gücləndirmək üçün Tərəfdaşlıq” təşəbbüsünün əhəmiyyətini qeyd edən tədbirə qatıl
təfərindən
3 Qısa icmal
Mart 10, 2021

 

Bu gün səfir Litzenberger, Coca-Cola Azərbaycan şirkətinin baş meneceri Rena Məmmədova və Coca-Cola şirkətində digər rəhbər vəzifələrdə çalışan şəxslərlə birlikdə “Qadınları Gücləndirmək üçün Tərəfdaşlıq” təşəbbüsünün əhəmiyyətini qeyd edən tədbirə qatılıblar.
Bugünkü tədbir zamanı səfir Coca-Cola Azərbaycana Dövlət Katibinin Korporativ Mükəmməllik Mükafatını təqdim etdi. Mükafat hər il yerli icmaların həyatını yaxşılaşdırmaq üçün üstün öhdəlik nümayiş etdirən üç qlobal şirkətə verilir. Mart ayı boyunca Qadınların Tarixi Ayını qeyd etməyə davam edərkən, Coca-Cola Azərbaycanın qadınların gücləndirilməsi kateqoriyasında qalib gəldiyi üçün qürur duyuruq. Coca Cola Azərbaycanda bu nüfuzlu mükafatı qazanan ilk şirkətdir. Coca-Cola Azərbaycan, təlim proqramları ilə kənd yerlərində azərbaycanlı qadınları gücləndirməklə yanaşı, istedadlı və bacarıqlı qadınları təşkilat daxilində də rəhbər vəzifələrə gətirmişdir.
Sizi təbrik edirik! Yaxşı işlərinizin davamı ümidi ilə!