Səfir Litzenberger Salyan bölgəsinə səfər etmişdir

Səfər zamanı Şirvan Milli Parkını gəzmiş və yerli tələbələrlə görüşmək üçün Salyan Amerika Guşəsini ziyarət etmişdir. Şirvan Milli Parkında Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş ceyran kimi nadir növlərin və qışda bataqlıq ərazilərdə yuva qurmaq üçün buraya köçən gözəl flaminqoların olması cənab Səfirdə böyük təəssürat oyatdı. Səfir flora və faunanın özlüyündə mühafizəsinin vacibliyini, həmçinin Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və turizm imkanlarının inkişaf etdirilməsi səylərinin bir hissəsi olaraq qorunmasının önəmini vurğuladı.Səfir Salyan Amerika Guşəsinə baş çəkərək ərazidəki ibtidai və orta məktəb uşaqları ilə görüşüb. İngilis dilində aparılan söhbət zamanı uşaqlar səfirə Amerika Birləşmiş Ştatları, iki ölkə arasındakı fərqlər və oxşarlıqlar barədə sual vermək şansı əldə etmişdirlər.