Səfir Litzenberger Şamaxıya səfər edərək üç səyyar klinikanın təhvil mərasimində iştirak edib
Bu gün səfir Litzenberger Şamaxıya səfər edərək üç səyyar klinikanın təhvil mərasimində iştirak edib. Həmin klinikalar Şamaxı və ətraf kəndlərində minlərlə insana əssas tibbi xidmətlər göstərəcək. Bu yeni klinikalar USAID və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyilə alınıb. Səfər zamanı səfir Litzenberger həmçinin elan edib ki, COVID-19 ilə mübarizə məqsədləri üçün USAID Azərbaycanın səylərinə dəstək üçün əlavə olaraq 1 milyon ABŞ dolları ayırıb.
Otuz ilə yaxındır ki, USAID kənd təsərrüfatı, ictimai səhiyyə, təhsil, iqtisadi və demokratik islahatlar sahəsində proqramlar vasitəsilə Azərbaycanın iqtisadi və sosial inkişafına töhvə verib. Azərbaycan müstəqillik əldə etdikdən bəri USAID humanitar yardım və səhiyyə sektoru da daxil 417 milyon ABŞ dolları həcmində vəsait ayırıb. Həmin proqramlar təkcə Azərbaycan xalqının həyat səviyyəsini yaxşılaşdırmır, eyni zamanda Amerikalıların və Azərbaycanlıların birgə işləməsi üçün platforma yaradır.