Səfir Litzenberger USAID Azerbaijan tərəfindən maliyyələşdirilən konfransda iştirak etmişdir

Bu gün səfir Litzenberger USAID/Azerbaijan tərəfindən maliyyələşdirilən “Qadınlar üçün qadağan olunmuş peşələr: qadağaların aradan qaldırılmasının vaxtı deyilmi?” adlı konfransda iştirak etmişdir. Öz çıxışında səfir işə müraciət edənlərin cinsindən asılı olmayaraq bərabər imkanlara malik olmalarının vacibliyini vurğuladı.