Səfir Litzenberger və və USAID-in Missiya Direktoru Cey Sinqx Zaqatalaya səfər edib

Səfir Litzenberger və və USAID-in Missiya Direktoru Cey Sinqx Zaqatalaya səfər edib. Səfər zamanı ABŞ-ın qadın sahibkarlara və kənd təsərrüfatının inkişafına olan dəstəyi vurğulanıb. Səfir Litzenberger həmçinin sahibkarlarla görüşündə qadınların iş prosesində rolu, kənd təsərrüfatı, mövcud trendlər və ABŞ hökumətinin dəstəyi ilə regionda biznes imkanlarını genşləndirmək yollarını müzakirə edib. Səfir Litzenberger peşə bacarıqlarının artırılması üçün nəzərdə tutulan və USAID tərəfindən maliyyələşdirilən Qadın Resur Mərkəzini ziyarət edib. O, həmçinin Zaqatalada ilk Aqrar Xidmət Mərkəzinin açılışında iştirak edib. Mərkəz yerli fermerlərə Amerikanın Valtra traktorlarını istifadə etməyə imkan yaradacaq. Bu cür xidmət mərkəzləri tam ştatlı aqronom işə götürmək və ya il ərzindən cəmi bir neçə dəfə lazım olan avadanlıqları ala bilmək imkanı olmayan kiçik fermerləri münasib ödəniş qarşılığında aqrar avadanlıqlarla və xidmətlərlə təmin edir.