Səfir Litzenberger yerli işçilərə şükranlıq süfrəsi açıb

Şükranlıq bayramı ABŞ-da ən önəmli milli bayramlardan biri sayılır. Hər il noyabr ayının dördüncü cümə axşamında qeyd olunan bu bayram ruzi-bərəkətə görə “Təşəkkür günü” kimi qeyd olunur. Adətən amerikalılar bu bayram günü ailə üzvləri ilə bir masa arxasında toplaşır və minnətdarlıqlarını bildirirlər. Keçən həftə səfir Litzenberger səfirliyin amerikalı işçiləri ilə birgə yerli işçilərə şükranlıq süfrəsi açıb, onlara zəhmətkeşliyinə görə öz minnətdarlığını bildirib. Şükranlıq bayramınız mübarək!