Səfir müavini “Birgə və Sağlam” İctimai Birliyinə baş çəkdi

Səfir müavini Maykl Dikerson, Azərbaycanda autizmli uşaqlara dəstək olan “Birgə və Sağlam” İctimai Birliyinə baş çəkdi. Cənab Dikerson, bu təşkilatın Azərbaycanda autizm haqqında ictimaiyyətin məlumatlandırılması işi və tələbələr üçün təhsil imkanlarının təmin edilməsi istiqamətində görülən mühüm işlərdən çox təsirləndi. Səfirlik Azərbaycanda inklüziv təhsilinin təşviqi səylərindən qürur duyur və autizm haqqında ictimaiyyətin məlumatlandırılması istiqamətində “Birgə və Sağlam” təşkilatı ilə əmakdaşlıq etməsini səbirsizliklə gözləyir.