Səfir Nikki R. Haleyin Dünya Qaçqınlar Günü münasibətilə bəyanatı

Bir həyat yoldaşı və ana kimi terrorun bir çox ailələrin evlərini tərk edərək qeyri-müəyyən aqibətlə üzləşməsini təsəvvür etmək çətindir. İordaniya və Türkiyəyə olan səfərimizdə görüşdüyümüz suriyalı qaçqın valideynlər uşaqları üçün bizim öz uşaqlarımıza istədiyimiz şeyləri istəyirdilər: yatmaq üçün təhlükəsiz bir yer, yaxşı təhsil və daha parlaq gələcək üçün imkanlar. Onlar bizdən evə qayıtmağa ümid, sağ qalma, və sarsılmazlıqları haqqında məlumatların digərlərinə çatdırılmasını  xahiş etdilər.

“Birləşmiş Ştatlar başqa ölkələrdən daha çox humanitar yardım göstərir, lakin yalnız pul kifayət deyil – biz bu insanları evlərindən didərgin salan, ölkələrini dağıdan münqişələriə son qoymaq üçün çalışmalıyıq.  Bizim BMT-də göruləsi çox işimiz var, lakin dünya qaçqınları və onları qəbul edən ölkələr bilməldirlər ki, onlar Birləşmiş Ştatların yardım fəaliyyətlərinə  rəhbərlik  edəcəyinə güvənə bilərlər,”- deyə Səfir Haley bildirmişdir.

Amerika Birləşmiş Ştatları ötən il BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı , BMT-nin Uşaq Fondu, Dünya Ərzaq Proqramı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Xilasetmə Komitəsi və Uşaqları Xilasetmə təşkilatı kimi əsas tərəfdaşlarla işləyərək dünyadakı humanitar yardım fəaliyyətlərinə 7 milyard dollar vəsait xərcləyib . Hazırda BMT və digər humanitar təşkilatlar 130-dan çox ölkədə işləyərək keçən il 3,4 milyon insanın da əlavə olunduğu milyonlarla qaçqına xilasetmə dəstəyi göstərir, ərzaq, sığınacaq, təhsillə təmin edir və təcili tibbi yardım göstərir.