Səfir Robert Sekutanın iqamətgahında təşkil olunmuş İftar süfrəsində etdiyi çıxışı

Salam aleykum,

Hörmətli dini icmalarının rəhbərlərini, hökumət nümayəndələrini və diplomat həmkarlarımı və xüsusilə bu axşam bizə qatılan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Rəşad Əliyarlını salamlamaq istəyirəm.

Mən və mənim oğullarım müsəlman təqviminin ən müqəddəs ayı olan Ramazan ayını sizinlə qeyd etməyə şadıq. Bu ay bizə ibadət və etiqad barədə dərindən düşünmək fürsəti verən, şəfqət və xeyriyyəçilik üçün bir vaxtdır. İslam dininin Birləşmiş Ştatlarda üzun tarixcəsi var və Amerika  prezidentləri tarix boyu İslam ənələrinə dərin hörmət göstərmişdirlər. 1805-ci ildə Tomas Cefferson   Birləşmiş Ştatlarda ilk müsəlmən səfiri olan Tunisin səfiri üçün iftar süfrəsi açmışdır. Bu iftar 200 il bundan öncə bizim dövlətimizin beynəlxalq aləmdə ilk addımlarıni atdığı bir vaxta təsadüf etmişdir. O vaxtdan bəri iftar süfrələri açmaq Birləşmiş Ştatlarda bir ənənəyə çevrilmişdir. Prezidentlər, Dövlət Katibləri, və həmçinin bizim xaricdə fəaliyyət göstərən missiyalarımız hörmət və birlik əlaməti olaraq hər il iftar süfrələri açırlar.

İftar süfrəsi islamın birliyini, islamın qardaşlıq və sülhə verdiyi önəmi vurğulayır. Birləşmiş Ştatlarda dünyanın bütün müxtəlif yerlərindən gələn milyonlarla müsəlman yaşayır. Bunu müqəddəs Ramazan ayının qeyd olunması zamanı Amerika müsəlmanlarının nümayiş etdirdikləri ənənələrindən, onların hazırladıqları yeməklərdəndə başa düşmək olar. ABŞ-da çoxsaylı müsəlmanların Ramazan ayının qeyd etməsini, həmçinin, bu yaxında Nyu York Tayms qazetində dərc olunan bir neçə məqaləsindəndə başa düşmək olardı. Məqalələrdə iftar süfrəsi zamanı verilən Qərbi Afrika, Pakistan, Fars, Orta Şərqdən və digər ölkələrdən olan yeməklər barədə məlumat verilmişdir. İftar vaxtı müxtəlif insanlar müxtəlifliyi ilə seçilən ənənələrini nümayış etdirir və fərqli yeməklər hazırlayırlar lakin bütün insanlar Ramazan ayının əsas dəyərini anlayaraq onu aralarında paylaşırlar.

Azərbaycanında qürur duyduğu və dünya ilə geniş şəkildə paylaşıla bilən zəngin multikulturalizm və tolerantlıq tarixi var. Lakin tolerantlıq özü-özündən yaranmır, biz ona fəal və davamlı şəkildə təkan verməliyik. Biz uşaqlarımızda daxil olmaqla ənənələrimizi digər insanlara göstərməliyik. Azərbaycanda mövcud olan dini icmaların müxtəlifliyi ölkənin qüdrətinin mənbəidir və mən çox şadam ki, Azərbaycan bu müxtəlifliyin qorunmasına təkan verir. 

Dünyada müxtəlif fikir ayrılıqlıqlarına baxmayaraq hamımızın bir ailənin üzvləri olmasını unutmamalıyıq. Müqəddəs Ramazan ayı dinimizdən asılı olmayaraq bizi birləşdirən sülh, şəfqət və halallıq ideyaların yenidən təsdiqlənməsi üçün bir vaxtdır.  

İftar süfrəmizə qatıldığınız üçün çox sağ olun.

Ramazan Kərim.