Səfir Sekuta ANAMA və NATO tərəfindən təşkil olunmuş beynəlxalq konfransda iştirak edib

Səfir Sekuta, Baş nazirin müavini Abid Şərifov, NATO-nun Siyasi Məsələlər üzrə Baş katibin müavini cənab Ceyms Appaturay və ANAMA təşkilatının direktoru cənab Qəzənfər Əhmədovla birgə ANAMA və NATO tərəfindən təşkil olunmuş beynəlxalq konfransda iştirak edib.  Tərəflər NATO-nun TPF Trast Fondu vasitəsilə Azərbaycanın Ceyrançöl kəndində humanitar minatəmizləmə layihəsinin hazırkı durumunu müzakirə ediblər. 1999-cu ildən etibarən ABŞ Azərbaycanı humanitar minatəmizləmə səylərini dəstəkləmək üçün 30 milyon dollar vəsaitlə təchiz edib. Ən böyük töhfə isə, başqalarının təhlükəsizliyini təmin etmək üçün hər gün öz həyatlarını təhlükəyə atan ANAMA əməkdaşlarından gəlir. Onların çox çətin işi nəticəsində, Ceyrançöl kəndinin 40 km2-dan artıq ərazisi minalardan və digər hərbi sursatların qalıqlarından təmizlənmişdir.