Səfir Sekuta OTC konfransında iştirak edib

Energetika naziri Natiq Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Hyustonda Dənizdə Texnologiyalar konfransında (Offshore Technologies Conference/OTC 2017) iştirak edib. Azərbaycanın 16 nümayəndəsi konfransa qatılaraq digər ölkələrdən gələn neft sahəsi üzrə mütəxəssislərlə tanış olmaq və fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Səfir Sekuta da konfransda iştirak edərək ABŞ şirkətlərinə Azərbaycanın enerji sektoru və ölkədəki biznes imkanları haqqında danışıb. Nazir Əliyev Azərbaycanın enerji potensialı və ölkənin qlobal təhlükəsizliyində rolu haqqında danışıb.
Qeyd edək ki, OTC neft və qaz sahəsində ən boyük sərgidir, ümumilikdə sərgiyə hər il 100-ə yaxın ölkə və 2300-dən çox iştirakçı qatılır.