Səfir Sekuta: Vinzor Yarmarkası Azərbaycanla Meyn fermerlərinin Ortaq Cəhətlərini Vurğulamaq Üçün Gözəl Fürsətdir

Azərbaycan ərazisi təxminən Birləşmiş Ştatların uzaq şimal-şərqində yerləşən Meyn ştatının ərazisi ilə eynidir. Mən və həyat yoldaşım Enn Meyndə yerləşən ağac fermasının sahibiyik və biz ailə üzvlərimizlə birgə buraya tez-tez səyahət edir, təbiətin gözəlliyini sehr edirik. Azərbaycanda olduğu kimi, Meyndə kənd təssərüfatı, xüsusilə kiçik fermalar ailələrin gəlirinin vacib mənbəi və ənələlərin qorunması yollarından biridir.

Bu həftə Meyn ştatının həyat və iqtisadiyyatının vacib aspekti olan kənd təsərrüfatının qeyd edilməsi üçün bizim ailəmizin fermasına yaxın olan Vinzor şəhərində bir həftəlik yarmarka keçirilir. Mən və oğlum Stefen yarmarkanın hazırlıq işləri ilə tanış olmaq və yarmarka Prezidenti Tom Foster və Meynın senator Anqus Kinqin Siyasi Müşaviri Marc Kilkilli ilə müzakirələr aparmaq üçün gözəl imkan əldə etmişdik. Yarmarka rəsmi olaraq avqustun 27 işinə başlayır və ABŞ-da Əmək Günü kimi qeyd olunan 4 sentyabrda işini bitirir.

Təxminən 130,000 yaxın insanin yarmarkaya gəlməsi və Meynın fermaçılıq ənənələri və tarixini örə tanış olmaları gözlənilir. Onlar fermerlər arasında kənd təssərüfatı və heyvandarlıq sahəsində aparılan yarışmaların maraqla izləyəcəklər. Lakin Vinzor yarmarkası sadəcə olaraq bir sərgi deyil. O, həmçinin ailələri bir araya gəlib, yük maşınları, traktorların, atların iştirakı ilə keçirilən müxtəlif yarışmaları seyr etmək üçün bir məkandır.

Buna bənzər yarmarkalar həmdə gənclər arasında kənd təssərüfatında marağın genişlənməsinə və fermerlərə öz məhsullarının artirilmasına dair imkanlar yaradır. Fermerlərin faydalı və dəqiq məlutatların əldə etmələri Amerikada fermaçılığın inkişafının vacib hissəsidir.

Meyndə məzuniyyətdə olduğum zaman Azərbaycanı unutmurdum. Orada keçirilən yarmarka mənə Azərbaycanın iqtisadiyyatının diversifikasiyası və kənd təsərrüfatının inkişafına verdiyi səhləri xatırladtı. Sözügedən səylərə dəstək vermək Azərbaycandakı ABŞ Səfirliyinin və USAİD təşkilatının nəzər mərkəzindədir. Şəxsən mən bu məsələyə çox ciddi yanaşıram. Meyndə yaşayan insanlarla danışarkən Meyn və Azərbaycanli fermerlərinin arasında çoxsaylı oxşarlıqları müşahidə etdim. Oxşarlıqlar həm fermaların nisbətən kiçik olçüləri, həmdə fermerlərin əldə etdikləri məhsullara görə olan qürur hissindən, məhsulların daha orqanik olması üçün göstərilən səhlərdən ibarətdir. Alma yetişdirilməsi və heyvandarlığın inkişafı, fermerlərin gəlirinin artırılması Meyndə Azərbaycanda olduğu kimi cox vacibdir. Azərbaycanda olduğu kimi Meyn fermerləri əldə etdikləri məhsulların keyfiyyətindən qürur duyurlar.