Səfir Sekutanın Doktor. Lütfi Zadənin anma mərasimində etdiyi çıxışı

Mən kürsüyə hüznlə qalxmışam. Həvəskar tarixçi, humanitar elmlər üzrə təhsil almış tələbə, riyaziyyata qarşı fobiası olan birinə dünyanın ən görkəmli riyaziyyatçısı, ixtiraları, təxəyyülü, fikirləri elektronika və informatika sahələrinə ölçüyəgəlməz təsir göstərmiş, artmaqda olan müasir texnologiyalar üçün baza rolunu oynamış şəxsiyyət barədə danışmaq həvalə olunmuşdur.

Lütfi Zadə elə bir şəxsiyyətdir ki, onun nailiyyətləri həm amerikalılar, həm də azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edir. Birləşmiş Ştatların Azərbaycandakı səfiri kimi doktor Lütfi Zadənin uzun, məhsuldar və şərəfli karyerasını anmaq böyük şərəfdir.

Azərbaycanın bu böyük oğlu Bakıda dünyaya gəlmiş, ölkəmizə emiqrasiya etmiş və diqqətəlayiq və peşəkar həyatı ilə Birləşmşiş Ştatlara və dünyaya möhtəşəm töhfələr vermişdir. O, 1944-cü ildə təhsilini daha yüksək səviyyədə davam etdirmək üçün Birləşmiş Ştatalara getmiş və 1946-cı ildə Massaçusets Texnologiya İnstitutunda elektrik mühəndisliyi üzrə magistr dərəcəsi almışdır. O, 1949-cu ildə tanınmış Kolumbiya Universitetində elektrik mühəndisliyi üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. 1950-ci ildə baş müəllim təyin olunmuş və 1959-ci ildə professor adını almışdır. 1959-cu ildə Kolumbiya Universitetindən Berkli Universitetinə keçmiş və Berkli Universitetinin Elektrik Mühəndisliyi fakultəsinin rəhbəri olmuşdur.

Doktor Lütfi Zadə məhz Berkli Universitetində öz zəngin təcrübəsindən bərhrələnərək qeyri-dəqiq məlumatlarla işləmək üçün bir çox elm sahələrində məsələlərin həllinə kömək edən qeyri-səlis məntiq sahəsində cığır açan yeniliklər etmişdir. Bu fəaliyyətinə görə professor Lütfi Zadə 50-dən artıq mühəndislik və elmi mükafata layiq görülmüşdür. 1963-1968-ci illlərdə Berkli Universitetinin Elektrik Mühəndisliyi fakultəsinin rəhbəri olarkən o, 1968-ci ildə əsas diqqətin informatikaya yönəldilməsində mühüm rol oynamışdır.

Onun baxışları dünyanın ən üstün infromatika proqramlarına təkan vermişdir ki, bu da müasir həyatımıza müxtəlif yollarla öz təsirini göstərmişdir. Buradakı alim və mühəndislərin bildiyi kimi professor Lütfi Zadənin fəaliyyətləri bu sahədə çalışanlar tərəfindən dönə-dönə iqtibas edilir. Bizim kimi bu sahə üzrə qeyri-peşəkarlar da bilir ki, onun fəaliyyəti müasir texnologiyalar, o cümlədən üzün tanınması, istehlak malları, metro qatarları, qərara dəstək sistemləri üçün baza olmuşdur. Lütfi Zadə bizimlə olmasa da onun fəaliyyətindən faydalanmağa davam edəcəyik.

Bu gün Azərbaycan və Birləşmiş Şatatalrın ortaq oğlu doktor Lütfi Zadəni anarkən onun bu ölkəyə olan möhkəm bağlarının görkəmli elm xadiminə çevrilməsinə necə kömək etdiyini vurğulayırıq.

Amerikalılar Azərbaycan xalqı ilə birgə doktor Lütfi Zadənin itkisinə kədərlənir. Biz sizinlə birgə onun çoxumuzun həyatına müsbət təsir etmiş və faydalandığımız uzun və dolğun həyatını qeyd edirik. Biz onun ruhunun əbədi dinclik tapması üçün sizinlə birgə dua edirik.

Allah rəhmət eləsin!