Səfirin müavini İnnovasiyalar Agentliyinin rəhbəri ilə görüşüb

Bu həftə Qlobal Sahibkarlıq Həftəsini qeyd edirik. Bu münasibətlə səfirin müavini Maykl Dikerson İnnovasiyalar Agentliyinin rəhbəri Tural Kərmili ilə görüşüb və iki ölkə arasında sahibkarlıq bağlarının möhkəmləndirilməsi və mübadilə layihələrinin artırılması istiqamətində danışıqlar aparıb. Tərəflər həmçinin, Azərbaycan və ABŞ arasında sahibkarların rahat gediş-gəlişini təmin etmək üçün startap vizasının vacibliyindən də danışıblar. Səfir müavini Dikerson sahibkarlığın Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün önəmli olduğunu vurğulayıb və İnnovasiyalar Agentliyinin ABŞ-la mübadilə planlarını alqışlayıb.