Səfirinin müavini Uilyam Gil “Hiltonda Qadınlar” adlı tədbirdə çıxış edib

ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Gil iştirakçıların əsasən universitet tələbəsi olan qızlardan ibarət “Hiltonda Qadınlar” adlı tədbirdə çıxış edib. Azərbaycanda Amerika Ticarət Palatası tərəfindən dəstəklənən tədbirdə cənab Gil qadınlar üçün iqtisadiyyatda və iş həyatında olan möhtəşəm imkanlardan söz açıb. O deyib: “Bu sahədə görülən işlər davam etməkdədir. Ən uğurlu cəmiyyətlər qadınları sülhsevər, lider və uğurlu iş adamı olmaqda bərabər huquqlarla təmin edir”