Flag

An official website of the United States government

təfərindən
1 Qısa icmal
May 1, 2023

Dövlət katibi Blinkenin Azərbaycan Prezidenti Əliyevə zəngi

Mətbuat katibi Metyu Millerin adından:

Dövlət katibi Antoni J. Blinken Azərbaycan-Ermənistan sülh müzakirələrinin əhəmiyyətini vurğulamaq üçün bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb və bu sahədə ABŞ-nin davamlı dəstəyinə söz verib. Katib Blinken sülhün mümkün olduğuna inandığını dedi. O, həmçinin Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın bərqərar edilməsi səylərini sarsıtmasından ABŞ-nin dərin narahatlığını ifadə edib və Laçın dəhlizinin mümkün qədər tez kommersiya və şəxsi avtomobillər üçün açılmasının vacibliyini vurğulayıb.