Flag

An official website of the United States government

təfərindən
1 Qısa icmal
Noyabr 16, 2022

Dövlət katibi Blinkenin Azərbaycan Prezidenti Əliyevə zəngi

Aşağıdakılar Dövlət Departamentinin sözçüsü Ned Prays-a istinad edilir:

Dövlət katibi Entoni Blinken bu gün Azərbaycan prezidenti İlham Əliyevlə telefon bağlantısında Ermənistan-Azərbaycan ikitərəfli sülh danışıqlarının nəticələrini və tərəflər arasında sülhə doğru atılacaq növbəti addımları müzakirə edib. Dövlət katibi Blinken ABŞ-ın sülh prosesinə dəstəyini vurğulayıb və hər iki tərəfi Vaşinqtonda razılaşdırıldığı kimi gələcək danışıqları planlaşdırmağa çağırıb.

O, Prezident Əliyevi atəşkəs rejiminə riayət etməyə, təxribatlara yol verməməyə və Ermənistanla sülhə zəmin yaratmaq məqsədilə inamın möhkəmləndirilməsi üçün tədbirlər görməyə çağırıb.