Dövlət Katibinin Çıxışı: Azərbaycan Respublika Günü

Amerika Birləşmiş Ştatlarının hökuməti və Amerika xalqı adından Azərbaycan hökumətini və xalqını Respublika Günü münasibətilə təbrik etməkdən məmnunam.

2018-ci il əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdən ilk parlament respublikası quran və dünyanın qadınlara səs hüququnu verən ilk ölkələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyini qeyd edir.

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşı olmuşdur. Biz uzun müddətli əməkdaşlığımızı davam etdirməyi və təhlükəsizlik, enerji və demokratik idarəetmə sahələrində işimizi dərinləşdirməyi və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsini gözləyirik.

Biz həm də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasına sadiq qalırıq və tərəfləri mümkün qədər tez intensiv danışıqları bərpa etməyə çağırırıq.