Dövlət Katibi Pompeonun Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiya Əleyhinə Günü ilə bağlı bəyanatı

Birləşmiş Ştatlar fundamental azadlıqların və universal insan hüquqlarının qorunmasını dəstəkləməyə tərəfdarıdır. Bizim dövlət – hamının bərabər yaradılıb, hər bir insanın yaşamaq, azad və xöşbəxtliyə can atmaq hüququ var – təməl prinispləri əsasında yaradılmışdır.

Dünyada çox sayda hökumətlər sadəcə olaraq lezbian, qey, biseksual, transseksual və ya interseks (LGBTİ) olan vətəndaşları həbs etməyə və  kobud davranmağa davam edirlər. 70-dən çox ölkə LGBTİ statusunu və davranış qaydalarını kriminallaşdıran qorxu və dözümsüzlüyü öz qanunlarında təsbit edib. Bəzi ölkələrdə, LGBTİ olma ölümlə cəzalandırılır.

Birləşmiş Ştatlar, LGBTİ şəxslərinə qarşı yönəlmiş mənzil və işlə təmin olunma və dövlət xidmətində çalışma üzrə kriminallaşma, zorakılıq və ciddi diskriminasiya aktlarına qəti şəkildə qarşı çıxır. Biz insan hüquqlarının pozulmasına dair narahatçılığımızı bildirilməsi, risk altında olan yaşayan insanlara təcili yardımın göstərilməsi, onları təqib edənlərə qarşı viza məhdudiyyətləri və iqtisadi sanksiyalar tətbiq etmək üçün dövlət və özəl diplomatiyadan istifadə edirik.

Amerika Birləşmiş Ştatları Homophobia, Transfobiya və Bifobiyaya Qarşı Beynəlxalq Gündə cinsi oriyentasiya, gender identifikasiya və ya ifadəsı və ya cinsi xüsusiyyətlərindən asılı olmayaraq bütün insanların ləyaqət və bərabərliyini təsdiq edən dünyadakı insanların yanındadır. İnsan hüquqları universaldır, LGBTİ olan insanlar hər bir şəxsə göstərilən hörmət, azadlıq və müdafiə hüququna malikdir.