Dövlət Katibinin Bəyanatı: Ümumdünya Mətbuat Azadlığı Günü

Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasının 25-ci ildönünündə biz demokratiyanın əsas sütutu olan azad mətbuatın inkişafı və müdafiəsinə dair öhdəliyimizə sadiq olmağımızı vurğulamaq istəyirik.

Birləşmiş Ştatlar demokratik dövlət idarəçiliyinin vacib komponenti olan media azadlığını qiymətləndirir. Azad mətbuatın inkişafı vətəndaşlara daha məlumatlı və siyası qərar verilmə prosesində daha fəal olmağa və həmçinin öz hökumətləri daha məsuliyyətli etməyə imkar verir. 

Bu gün biz hərdən böyük risklərlə məruz qalaraq həyatlarını şəffaflığın və məsuliyyət hissinin inkişafı və artırılmasına həsr edən jurnalist və mətbuat orqanlarına hörnət hissimizi bildiririk.