Səfir Sekutanın ABŞ Səfirliyində keçirilən 4 iyul bayramında etdiyi cıxışı

C-b. Nazir zati-aliləri əziz dostlar dörd iyul tədbirinə xoş gəlmisiniz! Gəldiyiniz üçün təşəkkür edirəm!

Bu il iki vacib yubileyi qeyd edirik: Amerikanın müstəqilliyinin iki yüz qırxıncı Azərbaycanın müstəqilliyinin iyirmi beşinci yubileyi. İki ölkəni birləşdirən cəhətlər əlaqələrimizin inkişafı birgə hansı nəticələr əldə edə biləcəyimiz haqda düşünmək vaxtıdır.

Birləşmiş Ştatlar (ABŞ) min doqquz yüz doxsan birinci ildən Azərbaycanın yanında olub. Birləşmiş Ştatlar (ABŞ) Azərbaycanın neft və qazının ixracına ölkənin şərq-qərb şimal-cənub dəhlizində qovşağa çevrilməsinə müasir iqtisadiyyat və dövlət qurmağa kömək edib. Biz Azərbaycanda yeni institutlar və yeni demokratiya qurmaq üçün təcrübəmizi bölüşmüşük.  Biz azərbaycanlıların Əfqanıstan Kosovo və İraqda bizimlə birgə sülh yaratmasını unutmuruq və buna dəyər veririk.

Azərbaycan inkişaf etdikcə əlaqələrimiz də inkişaf edib. Min doqquz yüz doxsan üçüncü ildən Birləşmiş Ştatlar (ABŞ) Azərbaycana bir tam onda üç milyard dollar yardım edib. Biz əvvəl Azərbyacana humanitar yardım edirdik indi isə biz bir çox sahələrdə partnyorluq edirik.

Martda Prezident Əliyev Vaşinqtona səfər etdi. Bu səfər bir çox sahələrdə gələcək əməkdaşlığın əsasını qoydu: kənd təsərrüfatının biznes mühitinin inkişafı qadınlar gənclər aztəminatlı əhali arasında //sahibkarlığa kömək qanunun aliliyi və şəffalığın artırılması.  Açıq Səma sazişi imzalanıb və qüvvəyə minib. Biz təhsil və mədəni mübadiləni gücləndirmək istəyirik.

Bu tədbirdə bizi xarakterizə edən dəyərlər haqda düşünmək lazımdır. Amerikalı kimi mən Azərbaycanın multikulturalizm tarixinə yüksək dəyər verirəm. Demokratik ölkələr o cümlədən Birləşmiş Ştatlar (ABŞ) inkişaf yolları və üsulları haqda açıq dialoq aparmalıdır.

İki yüz qırx il əvvəl Müstəqillik Bəyannaməsi bəyan etdi ki// “bütün insanlar bərabər yaradılıb” amma yüz səksən yeddi il sonra min doqquz yüz altmış üçüncü ildə Martin Luther King, Jr., bu sözlərin “borc öhdəliyi” olduğunu gördü və xalqı “ayağa qalxıb öz inancına əməl etməyə” çağırdı. Birləşmiş Ştatlar (ABŞ) hələ də yaxşılaşır və bu gün Azərbaycan və azərbaycanlılar

güclü sabit demokratik inkişaf edən müstəqil dövlət qurmağa çalışarkən biz onlar ilə uzun müddətli əlaqələrə sadiqik.

Gəldiyiniz üçün bir daha hamıya təşəkkür edirəm!