Şəki Amerika Guşəsinin Açılışı

ABŞ-nın Azərbaycandakı səfirliyi martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında yerləşən Şəki “Amerika guşəsi”ni açmasından məmnundur. Açılış mərasimində səfir Litzenberqer iştirak edərək yerli icma üçün müxtəlif təhsil və mədəniyyət imkanlarının mərkəzi olan “Amerika guşəsi”nin əhəmiyyəti barədə qısa məlumat verib. Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov da tədbirdə çıxış etdi. Tədbirdə ADPU-nun prorektoru Eldar Aslanov və rektorun müşaviri Ümid Mehdiyev, ADPU-nun Şəki filialının rektoru Rafiq Rəsulov da iştirak edib. Şəki “Amerika guşəsi”nə yeni avadanlıq, texnologiya və materiallar təqdim olunacaq. Güşə dil öyrənmək və təhsil proqramları üçün artıq açıqdır.

Səfir Litzenberqer dedi: 

““Amerika guşə”ləri və bizim insanlararası əlaqələrimiz münasibətlərimizin təməl daşıdır. Sizin burda gördüyünüz işlər – ingilis dili proqramları, gənclərin cəlb olunması, habelə iş və bacarıq üzrə təlim kursları – insanların həyatında əsl fərq yaradır”

“İngilis dili dünyaya, daha zəngin həyata və üstün məşğulluq imkanlarına körpüdür. Dünyanın daha çox hissəsi şəhərinizin təbii gözəlliyi və inanılmaz mədəni irsi haqqında öyrəndikcə, turistlərin sayı artacaq.  

Biz şəhərinizin gənclərinə sinifdənxaric ingilis dili təlimi təklif etməklə daha çox yerli sakinə Şəkinin turizm iqtisadiyyatından faydalanmağa və onun inkişafına təkan verməyə kömək edəcəyik. 

Səfir Litzenberqer Şəkiyə səfəri zamanı ABŞ hökuməti mübadilə proqramlarının məzunları ilə də görüşüb. Səfir, məzunların ABŞ-də əldə etdikləri bilik və təcrübələrinin həm karyeralarında, həm də “Amerika guşəsi”nə və Şəki icmasına necə kömək etdikləri barədə maraqlanmışdır.

“Amerika məkanları” proqramı Azərbaycan Dillər Universitetində yerləşən flaqman Bakı Amerika Mərkəzi və Gəncə, Kürdəmir, Salyan, Xaçmazda yerləşən, hal-hazırda Şəkidə, tezliklə isə Lənkəranda açılacaq “Amerika güşələri”ni birləşdirir. Mərkəz və Guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və “Maker Space”də (Yaradıcılıq məkanında) yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Guşələr bacarıqların artırılması üzrə peşəkar proqramlar, həmçinin, mühazirələr, ingilis dili danışıq klubları və hər bir icma numayəndəsi üçün təcrübələrinin artırılması üzrə peşəkar proqramlar təklif edir.

Şəki “Amerika güşəsi” haqqında ətraflı məlumat əldə etmək üçün https://www.facebook.com/@ShekiACorner feysbuk səhifəsinə daxil olun və ya 488-33-00, daxili: 3617 nömrəli ABŞ səfirliyinin Məlumat Mərkəzi ilə əlaqə saxlayın.