Dövlət Katibi Pompeonun Ramazanla bağlı bəyanatı

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin adından dünyadakı müsəlmanlara dinc və müqəddəs bir Ramazan ayı arzulayıram.

Bu ay ibadət edənlər üçün hörmət, əlaçıqlıq və özünüdərketmə zamanıdır. Ramazan həm də ailələri və dostları bir araya gətirdiyinə görə cəmiyyət üçün əziz bir dövrdür. Bu ay müsəlmanları imkansızlarla səxavətlə bölüşməyə çağırır.

Amerika Birləşmiş Ştatlarında və dünyanın hər yerində olan müsəlmanlar hər gün öz cəmiyyətlərinə dəyərli töhfələr verirlər və milyonlar bu ayı ətrafdıkalara xidmət edərək və onlarla bölüşərək xüsusi qaydada qeyd edəcək.  Bununla əlaqədar olaraq, hər il xaricdəki səfirliklərimizin və konsulluqlarımızın bir çoxu sülh, sabitlik və rifahı gücləndirmək məqsədimizə sadiq qalan müsəlmanları və digər dini inancları olan insanları bir araya gətirən Ramazan tədbirləri təşkil edirlər. Bu söhbətlər və əməkdaşlıq diplomatiyamızın əsas güclərindən biridir və əməkdaşlıq və müxtəlifliyə hörmət vasitəsilə daha güclü cəmiyyətlərə yol açır.

Müqəddəs ayın başlaması münasibətilə, onu qeyd edən hər kəsə çox xoşbəxt və firavan Ramazan arzulayıram.