Gürcüstanın Rusiya tərəfindən işğal edilən Cənubi Osetiya ərazisində nəzarət olunan keçid məntəqələrinin bağlanması ilə bağlı bəyanat

ABŞ de-fakto Cənubi Osetiya hakimiyyətinin Rusiya tərəfindən işqal olunmuş Cənubi Osetiya ərazisində inzibati sərhəd xətti boyunca yerləşən Gürcüstandakı nəzarət olunan keçid məntəqələrinin müvəqqəti bağlaması qərarından narahatdır. Keçid məntəqələrinin bağlanması Gürcüstanın Qələbə Gününü qeyd etməsi ilə üst-üstə düşür. Bu, inzibati sərhəd xəttinin hər iki tərəfində yaşayan sakinlərinin hərəkət etmə azadlığını məhdudlaşdırır. Bununla yanaşı, Birləşmiş Ştatlar Gürcüstan vətəndaşlarının Rusiya tərəfindən işğal olunmuş Abxaziya və Cənubi Osetiyanın inzibati sərhəd xətləri boyunca de-fakto hakimiyyət və Rusiya hakimiyyəti tərəfindən davam edən Gürcüstan vətəndaşlarının qanunsuz saxlanılmalarınnın dərhal dayandırılmasını tələb edir.