ABŞ Dövlət Departamentinin Rusiyanın Gürcüstanın Suverenliyini Pozmasına dair Bəyanat

Birləşmiş Ştatlar Rusiya Federasiyasının Gürcüstanın seperatçı Cənubi Osetiya bölgəsinin de-fakto rəhbərliyi ilə birgə silahlı qüvvələrə dair sazişin ratifikasiyasını pisləyir. Biz, beynəlxalq saziş kimi hüquqi qüvvəsi olmayan bu qondarma “saziş”in qanuniliyini tanımırıq.

Birləşmiş Ştatların Abxaziya və Cənubi Osetiyaya dair mövqeyi dəyişilməzdir: Birləşmiş Ştatlar Gürcüstanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tam dəstəkləyir.

Birləşmiş Ştatlar hesab edir ki, bu sazişin ratifikasiyası, Rusiyanında iştirakçı olduğu Cenevrə Beynəlxalq Müzakirələrində əks etdirilən prinsiplərə ziddir.  ABŞ Rusiyanı 2008-ci ildə atəşkəs sazişinə əsasən öz silahlı qüvvələrini müharibə başlanmamışdan əvvəl yerləşdiyi mövqelərə qaytarmağa, habelə Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının tanınmasını ləğv etməyə çağırır.