ABŞ Dövlət Departamentinin Boris Nemtsovun Qətlə Yetirilməsinin 3-cü İldönümü ilə bağlı bəyanatı

Üç il əvvəl müxalifət lideri Boris Nemtsov Kremlin yaxınlığında öldürüldü. Boris Nemtsov, Rusiyanın demokratik hərəkatının qabaqcıl bir xadimi, Rusiyanın əyalətlərindən birinin keçmiş qubernatoru, enerji naziri və Baş nazirin müavini olaraq, həyatını ictimai işlərə, azad və daha firavan Rusiyanın qurulmasına həsr etdi. Onun xatirəsi, demokratik və məsuliyyətli hökumət üçün çətin və bəzən təhlükəli mübarizə aparmaq üçün Rusiya xalqını və dünyanın bir çox yerlərinidə çoxlu insanları ilhamlandırmağa davam edir.

Boris Nemtsovun həyat və fəaliyyətinin xatirəsinə hörmət əlaməti kimi Rusiya hökumətinə ümümbəşəri insan hüquqlarına dəstək verilməsi və qorunması, ifadə azadlığı, dinc toplaşmaq və birləşmək azadlığı da daxil olmaqla öz öhdəliklərini yerinə yetirməyə çağırırıq.

Biz yenidən Rusiya hökumətini bu cinayətə cəlb edilmiş, o cümlədən onu təşkil edən və yaxud sifariş verənləri ədalət qarşısında cavab vermələrini təmin etməyə çağırırıq.