Azərbaycanın Los-Ancelesdəki konsulluğunun qarşısında 21 iyul etiraz aksiyasına cavab bəyanatı

ABŞ-ın Bakıdakı səfirliyi və ABŞ-ın İrəvandakı səfirliyi dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyir. ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq mühafizə orqanları ilə birlikdə çalışır. Söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin hüquq mühafizə orqanları zorakılıq aktları barədə müvafiq tədbir görüləcəkdir. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq.