The Teaching Excellence and Achievement

TEA Program

Əgər sizin yazılı və şifahi ingilis dili bilikləriniz mükəmməldirsə və siz hal-hazırda Xarici dil (EFL), Elm, İctimai Elmlər, Riyaziyyat və ya Xüsusi Təhsil sahələrində beş illik təcrübəyə maliksiniz və orta təhsil müəssisələrində əyani ingilis dili müəllimi kimi çalışırsınızsa, sizi ” The Teaching Excellence and Achievement (TEA)” proqramına müraciət etməyə dəvət edirik. TEA proqramı müəllimlərə təcrübəni və tədris bacarıqlarını inkişaf etdirmək və Amerika Birləşmiş Ştatları haqqında bilikləri genişləndirmək üçün unikal imkanlar təqdim edir. Ərizə forması və qaydalar haqqında məlumat əldə etmək üçün xahiş edirik bizim internet səhifəmizə müraciət edin: https://az.usembassy.gov/teaching-excellence-achievement-program/