ABŞ-ın Dövlət katibinin Novruz təbriki

Mən bütün dünyada baharın və yeni ilin başlanğıcını qədim ənənə kimi qeyd edən hər kəsə şən və firavan Novruz bayramı arzulayıram.

Bütün dünyada milyonlarla insanlar, o cümlədən Əfqanıstanda, Azərbaycanda, Çində, Gürcüstanda, Hindistanda, İranda, İraqda, Qazaxıstanda, Qırğızıstanda, Pakistanda, Rusiyada, Suriyada, Tacikistanda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda yaşayan icmalar, Cənubi və Mərkəzi Asiya və Fars körfəzi xalqları bu bayramı öz ailələri və dostları ilə birgə qeyd edirlər. Bu gün bir çox amerikalı bu bayrama qoşulur, ata-babalarından qalan ənənələri yeni nəsilə ötürür.

Novruz yeni ilə ümid və nikbinliklə baxmaq zamanıdır. Biz səbirsizliklə bu yeni baharı birlikdə qeyd etməyi gözləyirik və ümid edirik ki, bu Novruz hamıya sülh və firavanlıq gətirəcək.