“İnsan Alveri” ilə bağlı 2020 il üzrə hesabatı

Azerbaijan (Səviyyə 2 Nəzarət Siyahısı)

Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması üzrə minimum standartlara tam cavab vermir; amma bunu etmək üçün əhəmiyyətli səylər göstərir. Daha çox insan alverçisini məhkəməyə cəlb etmək və onların daha sərt cəzalar almağı üçün hakimlərə təlimat vermək, bu səylərə daxil idi. Hökümət vətəndaş cəmiyyəti üçün qrantlar təsis edib, qurbanların qorunması üçün maliyyə dəstəyini əhəmiyyətli dərəcədə artırıb, və QHT liderlərini insan alverinə qarşı fəaliyyətlərinə görə təltif edib. Amma, keçən hesabat dövrü ilə müqayisədə, hökümət ümumilikdə bu sahədə səylərin artdığını nümayiş etdirməyib. Hökümət daha az qurban müəyyən edib, mütəmadi olaraq həssas əhali qruplarını yoxlamayıb, və xüsusi ilə daxili insan alverinin Azərbaycanlı qurbanlarını müəyyənləşdirmək üçün hələ də profilaktik tədbirlər görmür. İdentifikasiyanın yoxluğu nəticəsində hökümət qurbanları cəzalandırmış oldu. Hökümət 2019-2023-cü illər üçün milli fəaliyyət planı qəbul etmədi. Buna görə də Azərbaycan ikinci ardıcıl il üçün 2-ci Səviyyədə qalmışdır.

PRİORİTETLƏŞDİRİLMİŞ TÖVSİYYƏLƏR

İnsan alveri cinayətlərini qətiyyətlə araşdırmaq və məhkəməyə cəlb etmək. • Günahı sübuta yetirilmiş insan alverçilərini əhəmiyyətli həbs müddəti nəzərdə tutan adekvat cəzalandırmaq. • Profilaktik müəyyən etmə səylərini artırmaq, xüsusi ilə daxili qaçaqmalçılıq, məcburi əmək və uşaq alverinə qarşı. • İnsan alveri qurbanlarını xəlbirləmək üçün Standartlaşdırılmış Əməliyyat Prosedurları (SƏP) və indikatorlar müəyyən etmək, və cavabdeh şəxslərə miqrantlar, kommersiya məqsədli seks işçiləri, dilənçi uşaqlar, və digər risk kateqoriyasına daxil olan qruplar arasında xəlbirləmək üzrə təlimlər keçmək.• Müstəntiqlərə, ittihamçılara, və hakimlərə insan alverinə dair cinayət işlərində qurbanı əsas götürən (həmçinin uşaqları) yanaşma üzrə təlimlər keçmək və istintaq və ittiham prossesi üzrə təkmilləşdirilmiş təlimlər təklif etmək. • Qurbanlara dəstək xidməti göstərən QHT-lərin idarə etdiyi sığınacaqlara adekvat maliyyə dəstəyi ayırmaq. • Məcburi əmək qurbanlarını müəyyən etmək və aidiyyəti üzrə yönəltmək üçün Əmək müfəttişliyinin imkanlarını genişləndirmək. • İdentifikasiya, yönləndirmə prosesi, indikatorlar və müsahibə sualları da daxil olmaqla, uşaqlar üçün xüsusi prosedurlar tətbiq etmək. • 2019 – 2023-cü illər üçün milli fəaliyyət planını qəbul etmək.

CİNAYƏT TƏQİBİ

Hökümət hüquq mühafizə səylərini artırmışdır. 2005-ci ildə qəbul edilmiş İnsan alveri ilə mübarizə haqqında Qanun və Cinayət Məcəlləsinin 144-cü maddəsi cinsi istismar və əmək alveri üçün cinayət cəzası təyin etmişdir və beş ildən on ilədək azadlıqdan məhrumetmə müəyyən etmişdir ki, bu da kifayət qədər əsaslıdır və cinsi istismarla bağlı zorlama kimi digər ciddi cinayətlər üçün müəyyən edilənlərə uyğun gəlir. Hüquq-mühafizə orqanları 27 şübhəli ilə 25 işi araşdırmışdır (2018-ci ildə 34 şübhəli ilə 28 iş): 23-ü cinsi istismar, ikisi isə məcburi əmək işi olmuşdur (2018-ci ildə 26 cinsi istismar, iki məcburi əmək). Hökümət 30 müqəssiri cinayət məsuliyyətinə cəlb etmişdir (2018-ci ildə 34 nəfər). Məhkəmələr 42 insan alverçisi barədə hökm çıxarmışdır (2018-ci ildə 23 nəfər): 38 nəfər seks qaçaqmalçılığına görə 4 nəfər məcburi əməyə görə (2018-ci ildə 21 nəfər seks qaçaqmalçılığına görə və 2 nəfər məcburi əməyə görə). 4 insan alverçisi 1- 4 il, 7 insan alverçisi 5 – 8 il, və 3 insan alverçisi 8,5 -10,5 il  həbs cəzası (2018-ci ildə 1 nəfər 8 il və digəri 4 il məhbus həyatına məhkum olunmuşdur). Həmçinin, hakimlər şərti cəzalar verməyə davam ediblər, və 28 insan alverçisi şərti cəza alıb (2018-ci ildə 20 nəfər). Rəsmilər şərti cəzaların sayındakı bu artımı “cəzaların humanistləşməsinə dair” 2018-ci ildə qəbul olunmuş fərmanla əlaqələndirir. Bu fərman hakimlərdən daha çox alternativ cəzalar tətbiq etməyi tələb edir. Amma, hökümət əlavə təlimatlar yayaraq aydınlıq gətirdi ki, bu fərman insan alverinə şamil olunmur.

DİN insan alveri üzrə təhqiqatların çoxunu aparan İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsini (İAQMBİ) dəstəkləyirdi. Daxili cinsi istismar bir çox hallarda daha aşağı səviyyəli qanun pozuntusu kimi təsnif edilmişdir, çünki cavabdeh qurumlar psixoloji zorakılığı nəzarət vasitəsi kimi və ya insan alverində transmilli element tələb ediblər. Əvvəlki illərdə, GRETA və beynəlxalq təşkilatlar məlumat veriblər ki, əksər təhqiqatlar reaktiv xarakter daşıyıb və qurbanların şahid ifadəsi üçün təsdiqləyici dəlillər yetərsiz olub; hüquq mühafizə orqanları qeyd etdilər ki, istintaq başlaması üçün qurbanlardan şikayət tələb edən standard prosedurlar fəal təhqiqatların icrasına əngəl yaradıb. Müşahidəçilər ərazi polis rəislərinin nəzarəti altında işləyən kommersiya məqsədli seks işçilərindən və fahişəxanalardan aşağı-rütbəli polislərin rüşvət aldıqlarını bildiriblər. 2018-ci ildə İAQMBİ, rəsmi azyaşlı olan gənc fəalı həbs edib, və 5 gün ərzində ictimayyətə və yaxınlarına məlumat vermədən saxlayıblar. İAQMBİ-nin zabitləri ona təcavuz edib və onun fahişəliklə məşğul olduğunu etiraf edən sənəd imzalamıdığı halda zorlayacaqları ilə təhdid ediblər. Müşahidəçilər qurbana-yönəlik yanaşmanın olmadığını deməyə davam ediblər

Müşahidəçilər, hüquq mühafizə orqanlarında qurbanı əsas götürən yanaşmanın hələ də olmadığını bildiriblər və özünü bəyan etməyə cəhd edən potensial insan alveri qurbanlarını polisin təhqir etdiyini və qovduğunu əlavə ediblər. Hökümət polis, prokurolruq, məhkəmə, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti işçiləri və vəkillər üçün təlimlər təşkil edib. Hökümət daxili istintaq və ya ekstradisyalar la bağlı hər hansı məlumat verməyib.

MÜDAFİƏ

Hökumət insan alveri qurbanlarının müdafiəsi üzrə səyləri dəstəkləyirdi. Hökumət 91 nəfər insan alveri qurbanı müəyyən etmişdir (2018-ci ildə 98 nəfər); cinsi istismarın qurbanı olan 85 qadın və məcburi əməyin qurbanı olan 6 kişi (2018-ci ildə cinsi istismar qurbanı olan 82 qadın, məcburi əməyin qurbanı olan 16 kişi); 2 nəfər xarici qurbanlar idi (2018-ci ildə olmayıb); və 1 uşaq qurban olub (2018-ci ildə olmayıb). Müşahidəçilər qeyd etdilər ki, rəsmi qurumlar daxili insan alverinin olduğunu qəbul etmirlər və insan alverinin Azərbaycanlı qurbanlarını (uşaqlar da daxil olmaqla) müəyyən etmək üçün heç bir profilaktik tədbirlər görülmədiyini vurğuladılar. Nəticədə, rəsmi olaraq qurban kimi tanınanların əksəriyyəti xarici ölkələrdə müəyyən edilən Azərbaycanlı və ya Azərbaycanda istismar olunan insan alveri qurbanları idi; rəsmilər həm 2018 həm də 2019-cu illərdə 1 nəfər Azərbaycanlı insan alveri qurbanı müəyyən ediblər. Hökümət “valideyinlərinə kömək etmək üçün dilənçiliyə” cəlb olunmuş uşaqlar və valideyinlər barədə məlumat vermədi, amma müşahidəçilər qeyd etdilər ki, polis potensial məcburi uşaq dilənçiliyi hallarını araşdırmaqdan imtina edib və uşağın istismarında vaildeyinlərin rolunu qiymətləndirmədən əksər uşaqları valideyinlərinə qaytarıb. Bu hallar həmin uşaqları gələcək təhlükələrə aciz qoyub.

Hökümətin qurbanları identifikasiya etmək üçün SƏP-ləri var idi, amma hüquq mühafizə, immiqrasiya, və sosyal xidmətlər işçiləri daxil olmaqla, ilkin yardımçılar bu prosedurlardan ya bixəbər idi, ya onları başa düşmürdü, və yaxud ardıcıl olaraq əməl etmirdi. Müşahidəçilər cinsi istismarda qadınlar, uşaqlar, LGBT-lər və xarici miqrant işçilər kimi həssas əhali qrupları arasında xəlbirləmə prosseslərinin çatışmazlığı barədə məlumat verməyə davam ediblər. Əlavə olaraq, hökümətin xüsusi ilə uşaqlar üçün uyğunlaşdırılmış müsahibə sualları, indikatorlar və yönləndirmə prosedurları kimi metodları əskikdir. SƏP-ləri ilkin yardımçılardan ilk 24 saat ərzində potensial qurbanları İAQMBİ-yə yönləndirməyi tələb edir. İAQMBİ istintaq nəticəsində onları rəsmi olaraq qurban kimi tanımaq hüququna malikdir. QHT-lər və hökümət bəzi potensial qurbanlara dəstək xidmətləri göstərmişdir$$ amma, rəsmi olaraq qurban kimi tanınmayan fərdlər hökümətdən birdəfəlik müavinat ala bilməmişdir və mümkün insan alverçilərinə qarşı mülki iddia qaldıra bilməyiblər. Hökümət vətəndaş cəmiyyətinin İAQMBİ-yə yönəltdiyi potensiyal qurbanların sayı barədə (2018-də 57) və onlardan İAQMBİ-nin qurban kimi tanıdıqlarının sayı barədə (2018-də 2) statistik məlumatları paylaşmayıb.

2019-cu ildə hökümət, insan alveri qurbanlarının müdafiəsi üçün yardımı əhəmiyyətli dərəcədə artırıb, 194,700 AZN ($114,530) vəsait ayırıb. Müqayisə üçün 2018-ci ildə 147,490 AZN ($86,760) vəsait ayrılıb. Bu məbləğlərə DİN-in idarə etdiyi insan alveri qurbanları üçün sığınacağın əməliyyat xərcləri də daxildir. Əlavə olaraq, hökümət qurbanlara yardım və maarifləndirmə kampaniyaları üçün qrantlar yaradıb və ümumilikdə QHT-lərə 209,000 AZN ($122,940) mükafat verib. 2018-ci ildə hökümət maarifləndirmə kampaniyaları üçün vətəndaş cəmiyyətinə  125,650 AZN ($73,910) vəsait ayırıb və potensial və rəsmi qurbanları dəstəkləmək üçün özəl donorlardan 13,000 AZN ($7,650) pul yığıb. DİN-in tabeliyində olan insan alveri qurbanları üçün sığınacaq insan alveri qurbanları üçün yaşayış yeri, maliyyə dəstəyi, hüquqi dəstək, tibbi və psixososial dəstək ilə təmin edib; 78 nəfər rəsmi tanınmış qurban bu sığınacaqda dəstək alıblar (2018-cı ildə 95 rəsmi tanınmış qurban və 3 potensial qurban). DİN-in tabeçiliyində olan bu sığınacaqda qadınlar, kişilər və uşaqlar üçün ayrıca sahələr var idi, amma qurbanların hərəkət sərbəstliyi məhdud idi, və sığınacağı tərk etmək üçün onlardan ərizə yazmaq tələb olunurdu. DİN-in tabeliyində olan sığınacaqda potensial qurbanları bir aya qədər saxlayıb, amma daha uzun müddətli qalmaq üçün qurbanlardan hüquq mühafizə orqanları ilə əməkdaşlıq etmək tələb olunub. DİN-in tabeliyində olan sığınacaq yalnız kişi qurbanlar üçün yer ayırıb. Hökümət yardım fondundan rəsmi tanınan insan alverini qurbanları üçün 700 AZN ($410) köçürülmə müavinat ayırıb. Həm 2018 həm də 2019-cu illərdə bütün qurbanlar köçürülmə müavinatı alıblar. Bakıda və Göyçayda yerləşən İnsan Alveri Qurbanlarına Yardım Mərkəzləri (İAQYM) insan alverinin rəsmi şəkildə qəbul olunmuş və potensial qurbanlarını hüquqi, psixoloji, tibbi yardımla və məşğulluqla təmin etmişdir. İAQYM-lər 85 qurbana yardım etmişdir (2018-ci ildə 92). İAQYM-lər rəsmi şəkildə tanınan 19 qurbanı (2018-ci ildə 28) tibbi yardım, 36 nəfəri (2018-ci ildə 47) psixoloji dəstək və 21 nəfəri (2018-ci ildə 32) hüquqi yardımla təmin etmişdir. Əlavə olaraq, hökümət İAQYM-lərdən tibbi yardım almış potensial qurbanların sayı (2018-də 25), psixoloji dəstək almış qurbanların (2018-də 17), və hüquqi yardım almış qurbanların sayı (2018-də 9) barədə statistik məlumatları paylaşmayıb. Hökümət rəsmi şəkildə tanınan 14 qurbanın işlə təmin olunmasına köməklik edib (2018-də 20) və 45 nəfər qurbanı isə peşə təlimləri ilə təmin etmişdir (2018-də 23). Hökümət qurbanların uşaqlarına yardım və dəstək göstərmişdir; 56 uşaq məktəb ləvazimatları alıb, 14 uşaq şəxsiyyət sənədlərini alıb, və 22 uşaq məktəbə-qədər təhsil müəssisələrində qeydiyyata alınıb. Müşahidəçilər bildirdilər ki, maaşların aşağı olduğundan İAQYM-lərdə işçilər tez-tez dəyişir və bu qurbanlara yardım edən işçilərin təcrübəsiz olması səbəbindən göstərilən xidmətlərin aşağı səviyyədə olması ilə nəticələnir. Əlavə olaraq, hökümət heç bir təcrübəsi olmayan bəzi təşkilatları müqavilələrlə təltif edib və bu qurbanların təhlükəsizliyini və yardımın keyfiyyətini sual altına atıb. Hökümət 67 qurbanı QHT-lərin idarə etdiyi sığınacaqlara yönəldib. QHT-lər kəskin maliyyə çatışmazlığı ilə üzləşdi və xaricdən gələn qrantları tənzimləyən qadağanedici qanunvericilik QHT-lərin xarici donorlardan maliyyələşmə qəbul etməyini məhdudlaşdırdı. QHT-lərin idarə etdiyi sığınacaqlarda dəstək xidmətləri göstərən işçilərin əksəriyyəti könüllü olaraq çalışırdılar. DMX xarici qurbanlara verilən müvəqqəti yaşayış icazələri barədə statistik məlumatlar verməyib (2018-ci ildə heç olmayıb).

Ehtimal olunur ki, müəyyən edilməmiş qurbanları, insan alverçilərinin onları məcbur etdiyi qeyri-qanuni hərəkətlərinə görə hökümət cəzalandırıb. Mütəxəssislər bildirdilər ki, müvafiq xəlbirləmə səylərinin yoxluğu səbəbindən, ola bilər ki rəhbərlik cinsi istismar qurbanlarını fahişəliyə görə administrativ cərimələrlə cəzalandırıb. Əvvəlki illərdə, bir beynəlxalq təşkilat, insan alveri indikatorlarını göstərən, xarici miqrant işçiləri İAQMBİ-yə yönəldib, amma Baş İdarə heç birini qurban kimi tanımayıb və nəticədə onlardan bəziləri deportasiya olunub. Rəsmi qurumlar insan alveri qurbanları üçün qanuni tələb olunan qurban-şahid qoruma tədbirlərindən istifadə etməyib. Əvvəlki illərdə, GRETA və beynəlxalq təşkilatlar bildiriblər ki, ittihamçılar inanırlar ki bu növ tədbirlər insan alveri qurbanları üçün gərəksizdir, və qeyd ediblər ki məvaciblərin aşağı olduğundan bu sahədə lisenziyası olan müvəkkilər çatmır. Uşaqlar hüquqi terminologiyanı üşaqlar üçün xüsusi qaydada izzah edcək uşaq pisoxoloqu və ya müvəkkil olmadan şahid ifadəsi veriblər, və bu həmin uşaqlara əlavə travma yarada bilərdi.

PROFİLAKTİK TƏDBİRLƏR

Hökumət profilaktik tədbirlərini həyata keçirməyə davam etmişdir. Milli Koordinator hökümətin insan alverinə qarşı mübarizə səylərinə rəhbərlik etmişdir, amma qurumlar arasında əməkdaşlığın aşağı səviyyədə olması koordinasiya səylərinə əngəl törətmişdir. 2018-ci ildə hökümət 2019-2023-cü illər üçün milli fəaliyyət planının ilkin layihəsini hazırlamışdır, amma yekun planı qəbul edə bilməmişdir. İAQMBİ 18 QHT rəhbərinə insan alverinə qarşı mübarizə səylərinə görə 1000 AZN ($590) pul mükafatı vermişdir. Hökümət gəncləri, tələbələri, ailələri və ümumi əhalini hədəf götürən maarifləndirmə kampaniyaları keçirmişdir. Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn miqrantlar üçün seminarlar təşkil edib və Daxili İşlər Nazirliyi, beynəlxalq təşkilatla birlikdə, televiziya kampaniyası təşkil edib və posterlər yayıb. Hökümət, ittihamların statistikasını və müdafiə səylərini ehtiva edən, insan alveri ilə mübarizəyə dair illik hesabatı ictimayətə açıqlamışdır. İAQMBİ-nin “152” qaynar xətti fəaliyyət göstərib$ qaynar xəttə 6,845 zəng gəlib (2018-ci ildə 6,310), onlardan 12 insan alverinə aid olub (2018-ci ildə 24). Hökumət öz hesabatında kommersiya məqsədli seksə və məcburi əməyə olan tələbatın azaldılması istiqamətində gördüyü tədbirlər barədə məlumat verməmişdir. 2015-ci ildə Prezidentin fərmanı ilə Əmək Müfəttişliyinin iş yerlərində səyyar yoxlamalar aparması qadağan olundu və bunun nəticəsində proaktiv təftişlər və qurbanların müəyyən olunması tədbirləri məhdudlaşdırıldı. 2017-ci ildə hökumət iş yerlərində aparılan yoxlamaların dayandırılması müddətini 2021-ci ilədək artırdı.

İNSAN ALVERİNİN VƏZİYYƏTİ

Son beş ildə qeyd olunduğu kimi, qaçaqmalçılar Azərbaycanda daxili və xarici insan alveri qurbanlarını istismar ediblər, və xaricdə insan alverçiləri Azərbaycanlı qurbanları istismar edir. İnsan alverçiləri Azərbaycanlı kişiləri və oğlanları ölkədaxili, və Qətərdə, Rusiyada, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində məcburi əməkdə istismar ediblər. Həmçinin insan alverçiləri, Azərbaycandan olan qadınları və uşaqları ölkədaxili, İranda, Malayziyada, Pakistanda, Qətərdə, Rusiyada, Türkiyədə, və BƏƏ-də cinsi istismar ediblər. Azərbaycan Çindən, Rusiyadan, Tacikistandan, Türkmənistandan, Ukraynadan, və Özbəkistandan olan cinsi istismar və məcburi əmək qurbanları üçün təyinat ölkədir. Ötən illərdə Azərbaycan Mərkəzi Asiyadan BƏƏ, Türkiyə və İrana daşınan cinsi istismar və məcburi əmək qurbanları üçün tranzit ölkə kimi istifadə olunmuşdur. Ölkə daxilində bəzi uşaqlar, məcburi dilənçiliyə cəlb ediliblər, və yol kənarıı satıcı kimi və çay evləri və şadlıq evlərində məcburi əməklə istismar edilmişlər.

Vətəndaş cəmiyyəti və hökümət rəsmiləri, məhsul yığımı üçün texnikanın əlçatan olduğundan, 2019-cu il pambıq yığımı zamanı məcburi əməkdən istifadə olunmadığını bildiriblər. 2018-ci ildə yerli rəhbərlərin müstəsna hallarda payız pambıq yığımı zamanı hökümət işçilərindən istifadə etdiyi bildirilib.