UK&US Educated Alumni Networking Event

Bugün ABŞ səfirinin müavini Vilyam Gil və Böyük Britaniya səfirinin müavini Stefen Makornik ABŞ və Britianiya hökumətlərinin maliyyələşdirdiyi proqramların 300-ə yaxın məzunu ilə görüşüblər. Məzunlar ABŞ-da və Britaniyada yaşadıqları zaman topladıqları təcrübələrin və xaricdə öyrəndikləri bacarıqların onların təhsil və karyeraları üçün olan faydalardan danışıblar. ABŞ-da Təhsil Alan Azərbaycanlı Məzunlar Assosiasiyası ABŞ-ın sponsorluq etdiyi təhsil mübadilə proqramlarının məzunlarını birləşdirən qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır.