Birləşmiş Ştatlar 27 May Əfv Sərəncamını alqışlayır.
Birləşmiş Ştatlar 27 may tarixindəəsas azadlıqlarından istifadə etdiklərinə görə həbsdə olan azərbaycanlıların, o cümlədən jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi müxalifətin və dini qrup üzvlərinin əfv edilməsini alqışlayır. Eyni hüquqlardan istifadə etdiklərinə görə çoxlu sayda insan Azərbaycan həbsxanalarında qalır və biz Azərbaycanı həmin şəxsləri də azad etməyə çağırırıq. Biz Azərbaycanı qarşıdakı aylarda beynəlxalq öhdəliklərinə və vətəndaşlarının əsas azadlıqlarının qorunmasına dair öhdəliklərinə uyğun olaraq əlavə addımlar atmağa çağırırıq. Biz Azərbaycan hakimiyyətini Azərbaycan konstitusiyasının təmin etdiyi insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırırıq.