Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin(USAID) Azərbaycandakı missiyası, Azərbaycanda İxracınvə İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) kənd təsərrüfatıixracına və investisiyaya dəstək sahəsində tərəfdaşlığınəsasını qoyan anlaşma memorandumu imzalayıblar. Tərəfdaşlıq Azərbaycanın kiçik və orta ölçülü kəndtəsərrüfatı müəssisələrinin xarici bazarlara çıxışınıasanlaşdırmaq məqsədi daşıyır.
USAID, AZPROMO və USACC bağçılıq məhsulları, xüsusilə quru meyvə, xurma və çiyələk istehsalı sahəsindəbacarıqları, məhsuldarlığı artırmaqla, habelə texnologiyanıyaxşılaşdırmaqla Azərbaycanda qeyri-neft, bölgəiqtisadiyyatının şaxələndirilməsinə kömək etmək üçüntərəfdaşlıq edəcəklər. Aqrar İxraca və İnvestisiyayaDəstək Təşəbbüsü vasitəsilə tərəfdaşlar ixrac bazarlarınıntədqiqini aparacaq, müəssisə və proseslərintəkmilləşdirilməsinə dəstək göstərəcək, habelə ixracıartırmaq üçün Azərbaycan kənd təsərrüfatı müəssisələri tərəfindən beynəlxalq standartlara cavab verməklərində yardımçı olacaqlar. Bu təşəbbüs çərçivəsində Azərbaycan kənd təsərrüfatı müəsisələrinin xarici sərgilər və ticarət missiyalarında iştirakını dəstəkələməklə, habelə alıcıları və satıcıları bir araya gətirmək üçün alıcıların Azərbaycana missiyalarını təşkil etməklə ABŞ-Azərbaycan aqrar biznes əlaqələri təşviq ediləcək.
Nəticədə, Azərbaycanın bağçılıq məhsullarının istehsalçıları, emalçıları və ixracatçıları məhsuldarlığı və keyfiyyəti artıracaqlar, məhsullarının dəyərini yüksəldəcəklər, habelə satış bazarlarını genişləndirəcəklər, bu isə geniş iqtisadi inkişafa və dayanıqlığa gətirib çıxaracaqdır.
USAID-in Azərbaycandakı missiya rəhbəri Caydev Sinqx qeyd edib ki, “Mən əminəm ki, bu təşəbbüs təkcə ölkənin quru meyvə, xurma və çiyələk istehsalçıları, emalçıları və ixracatçıları üçün yeni bazarlara çıxışını sürətləndirməyəcək, həm də Azərbaycanın digər sektorlarında əlavə inkişafa təkan vermək üçün hökumət və özəl sector arasında, habelə iki ölkələrimiz arasındaəməkdaşlıq modeli olacaq.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verib, təmsil etdiyi qurumun fəaliyyəti, xarici investorların cəlb edilməsi istiqamətində gördüyü işlərdən danışıb.