USAID Cocuq Mərcanlı kəndində həyatları yaxşılığa doğru dəyişir

Bu gündən başlayaraq yeni yem emalı məntəqəsinin açılışı ilə Cocuq Mərcanlı və yaxın üç kəndin 3,000-dən çox sakinin həyat səviyyəsi yaxşılaşacaq. Bu məntəqə mal-qara üçün yemi məhz öz icmalarında münasib qiymətə əldə etməyə şərait yaratmaqla həmin sakinlərin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək. Layihə USAID və Azərbaycan hökuməti ilə birgə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində maliyyələşib və tərəfdaşımız olan East-West Management Institute tərəfindən icra olunub.