Flag

An official website of the United States government

təfərindən
1 Qısa icmal
Aprel 2, 2023

ABŞ-in Ticarət katibinin köməkçisi Arun Venkataraman Azərbaycanda səfərdə olacaq

ABŞ-in Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici Ticarət Xidmətləri üzrə Baş Direktor Arun Venkataraman aprelin 2-5 Azərbaycanda səfərdə olacaq. Beynəlxalq ticarət sahəsində 20 ildən artiq təcrübəyə malik olan Venkataraman peşəkar fəaliyyəti zamanı özəl şirkətlərə, beynəlxalq təşkilatlara və ABŞ-in hökumətinə öz məsləhətlərini vermişdi. O, həmçinin Türkiyə, Ermənistan və Gürcüstana səfər edəcək. Bakıda olduğu zaman ticarət katibinin köməkçisi Venkataraman Prezident İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşlər keçirəcək. O, energetika naziri Pərviz Şahbazov ilə birgə ABŞ-Azərbaycan Təmiz və Yaşıl Enerji Forumunda iştirak edəcək, ABŞ şirkətləri təmsilçiləri ilə görüşəcək və ABŞ-ın Azərbaycanla iqtisadi və enerji sahəsində apardığı tərəfdaşlığın vacibliyini vurğulayacaq.