Flag

An official website of the United States government

Vizalar
təfərindən
7 Qısa icmal
May 11, 2022

Aşağıdakı vacib məlumatların tərcüməsi üçün sağdakı “Azərbaycan” düyməsi basın.

Konsulluq şöbəsi hal hazırda Azərbaycan vətəndaşları və rezidentlərə petisiya əsasında iş, ekipaj vizaları (C1/D), tələbə vizaları (F və M), mübadilə proqram vizaları (J) və biznes/turizm (B1/B2) vizaları daxil olmaqla, bütün kateqoriyalar üzrə qeyri-immiqrasiya viza (NIV) görüşlərini təklif edir. Eyni kateqoriyada olan əvvəlki vizası son 36 ay ərzində bitmiş ərizəçilərdən müsahibəsiz ərizələrini də qəbul edirik. Nəzərə alın ki, bu müsahibəsiz proses yalnız Azərbaycan vətəndaşları və rezidentlər üçündür və ən son viza müraciətləri imtina ilə nəticələnənlər müsahibəsiz prosesə uyğun deyillər. İş həcmindən asılı olaraq, görüş üçün yerləri müvafiq qaydada açılacaqdır. (Viza Xidmətlərinin Əməliyyat Vəziyyəti Haqqında Məlumat).

Xahiş edirik görüş vaxtınızı buradan təyin edin.

Əgər təcili tibbi yardımla bağlı qeyri-immiqrasiya viza müraciətiniz varsa və dərhal səyahət etmək etməlisiniz, xahiş edirikconsularbaku@state.gov ünvanına mesaj göndərin və tam adınızı, doğum tarixinizi və fövqəladə görüş üçün əsaslandırmanı göstərərək təcili görüş üçün müraciət edin.

Viza ərizəsinə baxılma müddəti dəyişir və bir neçə həftə və ya daha çox vaxt tələb edə bilər, lakin bir çox hallarda proses müsahibədən sonra bir neçə iş günü ərzində tamamlana bilər.

Diqqət: 27 iyul 2021-ci il tarixindən etibarən viza ərizəçiləri viza ərizəsinin ABŞ Səfirliyinə və/və ya oradan çatdırılması üçün Aramex kuryer xərclərini ödəməyə cavabdehdirlər. Kuryer rüsumları viza rüsumlarından ayrıdır və birbaşa Aramex-ə ödənilir. Buraya daxil olun və daha ətraflı məlumat üçün “Viza Pasport Çatdırılması” məlumatını oxuyun.

4 may 2022-ci ildə yenilənib

Hal-hazırda, bu məzmun yalnız İngilis dilində təqdim olunub.

COVID-19 pandemiyası ilə əlaqadar olaraq ABŞ-ın Bakıdakı səfirliyi qeyri mühacir viza əməliyyatları adi qaydada yerinə yetirə bilmir.

Hal hazırda biz, yerli şərtlər, resurslar və təhlükəsizlik məsələləri diqqətə alınmaqla missiya üçün vacib olan viza kateqoriyaları üçün məhdud sayda olan görüş vaxtı təklif edirik. Sözügedən viza kateqoriyalara müraciət ərizəsinə əsaslanan iş vizaları (H1B və L), heyət vizaları (C1/D), tələbə vizaları (F və M) və mübadilə proqram iştirakçiları üçün verilən (J) vizaları aiddir. Həmçinin, müsahibədən azad olunan ərizəçilərdən, onların son 36 ay ərzində qüvvədən düşən biznes və turism üçün verilən (B1/B2) vizası olduqda, yeni ərizələrini  qəbul edirik.

Nəzərinizə çatdırırıq ki, müsahibədən azad olma prosesi yalnız Azərbaycan vətəndaşlarına və Azərbaycanda yaşayış icazəsi olan şəxslərə şamil olunur. Ən son viza müraciətləri imtina ilə nəticələnən ərizəçilər, müsahibədən azad olma prosesdən faydalana bilməzlər.

İş həcmindən asılı olaraq, görüş üçün yerləri müvafiq qaydada açılacaqdır (Viza Xidmətlərinin Əməliyyat Vəziyyəti Haqqında Məlumat)

Görüş vaxtını buradan  təyin edə bilərsiniz.

Vizaların hazır olma müddəti müxtəlif ola bilər, lakin bir çox hallarda viza prosesi sizin müsahibənizdən sonra bir neçə iş günü ərzində tamamlana bilər.