Flag

An official website of the United States government

Milli Təhlükəsizlik Şurasının sözçüsü Vatsonun Dağlıq Qarabağdakı yanacaq anbarında partlayışla bağlı bəyanatı
təfərindən
3 Qısa icmal
Sentyabr 27, 2023

Milli Təhlükəsizlik Şurasının sözçüsü Vatsonun Dağlıq Qarabağdakı yanacaq anbarında partlayışla bağlı bəyanatı

Dağlıq Qarabağda yanacaq anbarında baş vermiş partlayış nəticəsində azı 68 nəfərin həlak olması və yüzlərlə insanın yaralanması xəbərindən kədərlənir və Dağlıq Qarabağ sakinlərinə və bütün əziyyət çəkənlərə dərin hüznlə başsağlığı veririk. Biz bütün ehtiyacı olanlar üçün Dağlıq Qarabağa humanitar yardımın davam etdirilməsinə çağırırıq. Birləşmiş Ştatlar 28 min insanın Dağlıq Qarabağdan Ermənistana keçdiyi bir zamanda davam edən böhrandan əziyyət çəkənlərə dəstəyini davam etdirəcək. Xanım Pauer bölgədədir. Bu gün Birləşmiş Ştatlar Dağlıq Qarabağdakı şiddətdən təsirlənənlərin və ya oradan köçənlərin səhiyyə və digər fövqəladə ehtiyaclarını həll etmək üçün əlavə humanitar yardım elan edir, yerli icmaların sığınacaq və gigiyena dəstləri, ədyal və geyim kimi zəruri ləvazimatlarla təmin edilməsinə kömək edir. 2020-ci ildən biz Dağlıq Qarabağda və bölgədə münaqişədən zərər çəkmiş icmaların qida, su, təcili tibbi yardım və təxliyə ilə təmin olunmasını və ailələrin birləşməsini dəstəkləmişik.