Xəzər Neft və Qaz Sərgisinin 26-cı ildönümü və Cənub Qaz Dəhlizinə ilk qazın buraxılmasına dair Prezident Trampın Prezident Əliyevə Məktubu

Hörmətli cənab Prezident,

Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin 26-cı ildönümünü qeyd etdiyiniz bir vaxtda ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan öz tarixininin hər hansı bir dövründə olduğundan daha firavandır və qlobal iqtisadiyyata daha bağlıdır. Azərbaycandan hasil edilən neft və qaz “Cənub Qaz Dəhlizi” ilə ixrac da daxil olmaqla, dünya enerji bazarlarında sabitliyi artırmağa davam edir. Azərbaycan Türkmənistan və Şərqi Aralıq dəniz bölğəsində yerləşən ölkələr kimi digər potensial təchizatçılarla əməkdaşlıq edərək, daha da güclü liderlik rolunu oynaya bilər. İndi ölkənizin uğurunu genişləndirmək vaxtıdır.

Birləşmiş Ştatlar xarici investisiyanı cəlb edəcək və innovasiyanı təşviq edəcək iqtisadi islahatları həyata keçirmək üçün səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitlik gətirməyə kömək edəcəkdir.

Mən dinc, çiçəklənən və demokratik Cənubi Qafqazın qurulması yolunda birgə səylərimiz üzrə davamlı əməkdaşlığı səbirsizklə gözləyirəm.

Səmimiyyətlə,

Donald C. Trump