Flag

An official website of the United States government

təfərindən
2 Qısa icmal
Avqust 25, 2022

Qafqaz danışıqları üzrə yeni baş müşavir 

Mən səfir Filip T. Rikeri Qafqaz danışıqları üzrə baş müşavir təyin edirəm. Səfir Riker bu vəzifədə ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri və bu kritik dövrdə Cenevrə Beynəlxalq Müzakirələrində ABŞ nümayəndə heyətinin danışıqlar üzrə aparıcı şəxsi kimi fəaliyyət göstərəcək.

Səfir Riker Avropada və beynəlxalq təşkilatlarda çalışıb, əldə etdiyi geniş təcrübəsini yeni vəzifəsində istifadə edəcək. O, ən son Amerika Birləşmiş Ştatlarının Birləşmiş Krallıqdakı Səfirliyində Müqəddəs Ceyms Məhkəməsində müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Səfir Riker 2019-cu ilin martından 2021-ci ilin avqustuna qədər Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edib. Büroya rəhbərlik etməzdən əvvəl səfir Riker Almaniyanın Ştutqart şəhərində ABŞ-ın Avropa Komandanlığı komandanının mülki müavini və siyasət üzrə müşaviri olub. O, bundan öncə isə İtaliyanın şimalında yerləşən Milan şəhərində Birləşmiş Ştatların Baş Konsulu vəzifəsində çalışıb. Riker Balkanlar, Mərkəzi Avropa və Holokost Problemləri ilə məşğul olan dövlət katibinin köməkçisinin müavini olub. 2008-2011-ci illərdə ABŞ-ın Şimali Makedoniyadakı səfiri olub.

Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanması prosesi üzrə danışıqlarda Ermənistan və Azərbaycana kömək etmək öhdəliyinə sadiqdir. Səfir Riker Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun irəliləməsinə təkan vermək üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla və ATƏT-in Minsk Qrupunun həmsədri kimi ikitərəfli əməkdaşlıq edəcək. Səfir Rikerin cari vəziyyətdə təyin olunması ABŞ-ın Gürcüstanla bağlı Cenevrə Beynəlxalq Müzakirələrinə verdiyi əhəmiyyəti bir daha təsdiqləyir.