GİPA-nın Jurnalistika üzrə Magistr Proqramı

ABŞ Səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu aparması haqda məlumat verir. Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

Azərbaycandan seçiləcək beş nəfər tələbə bu proqramda iştirak üçün seçiləcək. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompyuter, radio və video avadanlıqlardan, İnternet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlanan jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

Həm çap həm də tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və tomlanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdirilmasını nəzərdə tutur. Burada həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq. QJMİM müəllim heyyəti və tədris planı mərkəzi USAID tərəfindən maliyələşdirilən dörd illik G-Media layihəsi çərçivəsində İREX Gürcüstan ofisi və ABŞ-ın Cənubi Karolina Universiteti tərəfindən təqdim olunub.

Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən ingilis dili biliyi tələb olunur.

ABŞ-ın Bakıdakı səfirliyi tələbələrin Gürcüstanda olan zaman tədris haqlarını və yaşayışlarını maliyyələşdirəcək.

Qəbul üçün prosedur: ingilis dili imtahanı, inşa (ingilis dilində) və bu ilin avqustunda Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə.

MÜRACİƏT FORMASI

Sənədlərin qəbulu üçün son müddət 15 may 2019-cü ildir.

Əlavə məlumat və sənədlərin təhvili üçün əlaqə saxlayın: Mehdi Hüseynquluyev, proqramın yerli koordinatoru (elektron ünvan:  HuseynguliyevMM@state.gov)

Gürcüstanın İctimai İşlər İnstitunun nəzdnində
Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi
Ünvan: Brosse küç. 2, Tbilisi, Gürcüstan
E-mail: jschool@gipa.ge
Web: http://www.gipa.ge/csjmm/cert_en.php  

Əlavə məlumat:

Əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai İşlər İnstitutu özəl tədris ocağı olmaqla Qafqazda demokratik və bazar islahatlarına dəstək olmaq üçün yüksək ixtisaslı ictimai qulluqçular və jurnalistlər buraxan institutdur.

Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbi 2001-ci ildə jurnalistika və media idarəçilyi sahəsi üzrə tədris və təlim proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Məkətbin fəlsəfəsinə əsasən dəqiq və qərəzsiz xəbərçilik ənənəsində təlim görmüş jurnalistlər işlədikləri yerdə jurnalistikanın səviyyəsini qaldırır, dəqiq məlumat verməklə və peşə standartlarını yüksəkdə tutmaqla cəmiyyətə xidmət göstərir.

Məkətbin açıldığı vaxtdan bəri 155-a yaxın məzun ingilis dilli regional proqramı bitirərək jurnalistika və media idarəçilyi üzrə magistr dərəcəsinə yiyələnib. Məktəbin Azərbaycandan olan məzunları yerli media sahəsində lider vəzifələrdə çalışmaqdadırlar. Onlar hazırda işlədikləri televiziya, radio və qəzetlərdə dəqiq, qərəzsiz, müstəqillik kimi prinsiplərə söykənən tanınmış jurnalistlərdir.