Flag

An official website of the United States government

1 MINUTE READ
April 25, 2023

Vedant Patel, Mətbuat katibinin birinci müavini

Birləşmiş Ştatlar Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahatdır. Biz bir daha bildiririk ki, Laçın dəhlizində insanların və ticarətin sərbəst və açıq hərəkəti olmalıdır və tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəddə təxribatlardan və düşmənçilik hərəkətlərindən çəkinməyə çağırırıq.